Braziliya prezidenti Ançelotti ilə Neymardan DANIŞIB
Braziliya prezidenti Luis İnasiu Lula da Silva ölkənin futbol üzrə milli komandasının baş məşqçisi Karlo Ançelotti ilə görüş keçirib. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, tərəflər 2026-cı il dünya çempionatı öncəsi ulduz hücumçu Neymarın milliyə mümkün dəvətini müzakirə ediblər. "Ünsiyyət zamanı Ançelotti məndən soruşdu ki, Neymarı Braziliya yığmasına çağırmalıdırmı. Mən isə cavab verdim: "Əgər hazırda komanda üçün oynamağa tam hazırdırsa, onu dəvət etmək olar", - deyə prezident bildirib. Qeyd edək ki, Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelottinin "Santos"un ulduz hücumçusu Neymarı 2026-cı il dünya çempionatına aparmaq planı yoxdur. Milli.Az

Şərh verin