Prezidenti onlar da təbrik etdilər

San-Marinonun Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan Prezident İlham Əliyevi təbrik ediblər. “Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri. Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq”.