UEFA reytinqi: İsraili keçməyimizə az qalıb

Azərbaycan UEFA reytinqində İsrailə daha da yaxınlaşıb. Milli.Az report -a istinadən xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub. Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,750-yə çatıb. Azərbaycan (20,312) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var. Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)