Az maaşla “Kral klubu”na dərs keçən “Mister”in ölümü... — Video
Tanınmış jurnalist İlkin Fikrətoğlu rumıniyalı əfsanəvi mütəxəssis Mirça Luçeskunun ölümü ilə bağlı süjet hazırlayıb. “Qafqazinfo” Sportinfo.az-a istinadən xəbər verir ki, süjetdə 80 yaşında dünyadan köçən məşqçinin həyat yolundan bəhs edilib. Onun karyerasına nəzər salınıb, əldə etdiyi uğurlar diqqətə çatdırılıb. İ.Fikrətoğlu süjetini bu sözlərlə bitirib: “Əgər sənin heç vaxt olmadığın uzaq Azərbaycanda belə yüzlərlə insan yoxluğuna üzülürsə, demək ki, arzuladığın xoşbəxt ölümlə getdin bu dünyadan”.

Şərh verin