Azərbaycanlı qızlar EGMO 2026-dan 3 medalla qayıtdı - FOTO

Qızlarımız XV Avropa Qızlar Riyaziyyat Olimpiadasından (EGMO 2026) 3 bürünc medalla qayıdıblar. Milli.Az xəbər verir ki, Fransanın Bordo şəhərində keçirilən olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu və 10-cu sinif şagirdləri Gülay Əlizadə və Zeynəb Umudlu, həmçinin Bakı şəhəri 236 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ləman Nəbiyeva fərqləniblər. Riyaziyyatçı qızlarımızı təbrik edirik! Milli.Az