Netanyahu təhlükəsizlik kabinetinin iclasını çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu aprelin 15-də hökumətin təhlükəsizlik blokunun əsas nazirlərinin daxil olduğu təhlükəsizlik kabinetinin iclasını çağırıb. “Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail hökumətindəki mənbə TASS-a bildirib. “Deyə bilərəm ki, təhlükəsizlik kabineti bu gün iclas keçirəcək”, o deyib. Mənbə iştirakçıların görüşdə hansı mövzuları müzakirə etmək niyyətində olduqlarını açıqlamayıb. “Ynet”in məlumatına görə, Kabinet Livanda atəşkəs təklifini nəzərdən keçirə bilər.