BMT İrana 12 milyon dollar ayırır
Birləşmiş Millətlər Təşkilatı (BMT) İrana humanitar yardım üçün 12 milyon dollar ayırır. Milli.Az xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer sosial media hesabında məlumat verib. O, İsrail və ABŞ-ın müharibə zamanı vurduğu ziyana toxunaraq bildirib: "Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağılıb. Kritik xidmətlər pozulub. Bu maliyyələşdirmə tərəfdaşlarımıza genişmiqyaslı və həyati əhəmiyyətli yardım göstərməyə kömək edəcək". Milli.Az

Şərh verin