Gəncədə evdə partlayış — Qadın xəsarət aldı

Gəncədə evdə partlayış baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisəyə səbəb evin hamam otağında qızdırıcının partlaması olub. Nəticədə 1992-ci il təvəllüdlü şəhər sakini Çiçək Həsənova yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Qadına ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. Yunis Quliyev