“Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu

Bu gün Azərbaycan  Premyer Liqasında 4-cü tura start verilib. “Qafqazinfo” xəbər verir ki, turun ilk oyununda “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”la qarşılaşıb. Oyun Naxçıvan təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Günün digər oyunu son çempion “Qarabağ”la “Zirə” arasında keçiriləcək. “İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan-Yevlax” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək. Azərbaycan Premyer Liqası 4-cü tur 12 sentyabr “Kəpəz” – “Araz-Naxçıvan” 0:2 Qollar: Slavik Alxasov, 65. Bar Kohen, 86. Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov. Qəbələ şəhər stadionu, 17:45.