Şəmsi Səmədzadə azadlığa buraxıldı

Bir müddət əvvəl Gürcüstanda həbs edilən Şəmsi Səmədzadə azadlığa buraxılıb. Milli.Az xəbər verir ki, o, artıq Azərbaycana qayıdıb. Ş.Səmədzadə mal-qara oğurluğuna görə həbs edilməsi ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, həbsinə səbəb baş verən yol-nəqliyyat hadisəsi və sonradan yaranan anlaşılmazlıqla bağlı olub. Bununla yanaşı, o, Azərbaycanda biznes fəaliyyətini yenidən davam etdirəcəyini qeyd edib. Ş.Səmədzadə Türkiyə ilə də sıx işgüzar əlaqələrinin olduğunu vurğulayıb./"Ajans.az" Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)