“Fənərbaxça” - “Qalatasaray” derbisinin vaxtı açıqlandı

Türkiyə Superliqasında böyük maraqla gözlənilən “Fənərbaxça” – “Qalatasaray” derbisinin nə zaman keçiriləcəyi müəyyənləşib. “Qafqazinfo”nun məlumatına görə, İstanbulun Şükrü Saracoğlu stadionunda baş tutacaq qarşılaşma dekabrın 1-də keçiriləcək. Qarşılaşmanın dəqiq başlama saatı və hakim heyəti isə yaxın günlərdə Türkiyə Futbol Federasiyası tərəfindən rəsmi olaraq açıqlanacaq.