Kamçatkada güclü zəlzələdən sonra sunami təhlükəsi elan edilidi

Rusiyanın Kamçatka yarımadasında 6,3 maqnitudalı zəlzələ baş verib. Milli.Az xəbər verir ki, Vilayətin qubernatoru Vladimir Solodovun sözlərinə görə Petropavlovsk-Kamçatskidə təkanların gücü 4-6 bal arasında hiss olunub. Rayon çimərliklərində, xüsusən də Xalaktrı sahilində sunami təhlükəsi elan edilib. Hazırda dağıntılar və xəsarət alanlarla bağlı məlumat yoxdur. Xüsusi qruplar sosial obyektlərdə vəziyyəti yoxlayır. Milli.Az