“TFF ilə bütün münasibətləri dayandırırıq” — “Qalatasaray”dan qalmaqallı açıqlama

Türkiyənin “Qalatasaray” klubu ötən gün kubokun ¼ finalında “Genclerbirliyi”nə 0:2 hesablı məğlubiyyətdən sonra qalmaqallı açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, İstanbul klubu Türkiyə Futbol Federasiyasının hazırkı rəhbərliyi ilə bütün münasibətləri kəsdiyini açıqlayıb: “Türkiyə Futbol Federasiyasının mövcud rəhbərliyi ilə bütün münasibətlərimiz bu gündən etibarən dayandırılıb”.