Gəncədə 3 nəfər dərmandan zəhərləndi — Biri öldü, ikisinin durumu ağırdır

Gəncədə üç nəfər dərmandan zəhərlənib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. İlkin məlumata görə, həmin şəxslərdən biri 1958-ci il təvəllüdlü İsmayılıov Alik ölüb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onların da vəziyyəti ağırdır. Hadisənin səbəbləri dəqiqləşdirilir. Yunis Quliyev