Bu ərazilərdə işıq olmayacaq

Sabah Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq. Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. "Təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd edilib. Milli.Az