Britaniyanın xarici işlər naziri Çinə gedəcək
Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper iyunun 1-dən 3-dək Çinə rəsmi səfər edəcək. Milli.Az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Səfəri zamanı Kuper Çin-Böyük Britaniya Strateji Dialoqunun 11-ci raundunda iştirak edəcək. Səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və Çinin xarici işlər naziri Van İnin dəvəti ilə baş tutacaq. Milli.Az

Şərh verin