Bərdədə maşınlar toqquşdu — 10 nəfər xəsarət aldı+Yenilənib
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo”nun xəbərinə görə, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda olub. Hərəkətdə olan “VAZ-21015” markalı maşın “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil yol kənarındakı kanala düşüb. Qəza nəticəsində 10 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər aşağıdakılardır: Babayev Orxan Vüqar oğlu (1994) Hacıyev Röyal Rövşən oğlu (2004) Hətəmov Ayxan Natiq oğlu (2007) Nəcəfli Mirşahin Yeımar oğlu (2007) Paşayev Efras Ayaz oğlu (1979) Həmidova Rabella Əlibaba qızı (1990) Həmidzadə Ömər Kamandar oğlu (2018) Həmidova Səkurə Yaqub qızı (1964) Həmidov Həmid Fərrux oğlu (1963) Həmidov Kamandar Həmid oğlu (1988). Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. *** Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir. Ziya Əmirxanlı

Şərh verin