Xəstə yatağında ikən oğlunun bu kadrlarını gördü — Sərvətdən məhrum etdi+Video

Türkiyəli müğənni İbrahim Tatlıses reanimasiyada olarkən oğlu İdo Tatlısesin rəqs etdiyi videonu görəndən sonra onu mirasdan məhrum edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV-də xəbərlər yayılıb. Qeyd edilib ki, ağır virusa yoluxan müğənni həmin videoya görə olduqca kədərlənib və bu qərara gəlib. Xatırladaq ki, bir neçə gün öncə müğənni mətbuata açıqlamasında bütün var-dövlətini dövlətə buraxdığını bildirmişdi.