37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. Milli.Az-ın xəbərinə görə, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, 1996-cı il təvəllüdlü Taleh Qurbanov bacısının əri, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədovu yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Taleh Qurbanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Milli.Az