Gəncədə 2 nəfər dərmandan zəhərləndi — Biri öldü - Yenilənib

Gəncədə üç nəfər dərmandan zəhərlənib. “Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. İlkin məlumata görə, həmin şəxslərdən biri 1958-ci il təvəllüdlü İsmayılıov Alik ölüb. Digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. Onların da vəziyyəti ağırdır. Hadisənin səbəbləri dəqiqləşdirilir. *** TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, aprelin 23-ü saat 23:00 radələrində zəhərlənmə şübhəsilə 1 nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub: “Dərman vasitələrindən zəhərlənmə diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü pasiyentə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb. Həkim heyəti tərəfindən daha bir nəfər, 1958-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb”. Yunis Quliyev