Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı — Ölən var - Video

Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşlar köməksiz vəziyyətdə qalıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib. Qazıntı işləri zamanı torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyənləşib. Xilasedicilər tərəfindən bir kişi xilas edilib, digər kişinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.