Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Bakı vaxtı ilə 21:09-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.2 olub. Məlumata əsasən, zəlzələnin ocağı 74 kilometr dərinlikdə yerləşib.