“Qalatasaray” “Fənərbaxça”nı udub çempionluğa yaxınlaşdı — Video - Yenilənib
Türkiyə Superliqasının 31-ci turunda İstanbul derbisi baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək. Matçın start fiti saat 21:00-da veriləcək. *** Komandaların start heyətləri açıqlanıb: “Qalatasaray”: 1. Uğurcan, 7. Sallai, 6. Davinson Sançes, 42. Abdülkərim, 4. Yakobs, 99. Lemina, 34. Torreyra, 11. Yunus, 10. Sane, 53. Barış Alpər, 45. Osimhen “Fənərbaxça”: 31. Ederson, 27. Semedu, 37. Skriniar, 24. Oosteruolde, 3. Braun, 17. Kante, 6. Genduzi, 45. Nene, 9. Kərəm, 94. Taliska, 26. Şerif *** Matç başladı. *** Derbidə 5-ci dəqiqədə futbolçular arasında dava düşdü. *** “Fənərbaxça” penaltini qaçırdı, Anderson Taliska vura bilmədi. *** “Qalatasaray” hesabı açdı. Viktor Osimen 40-cı dəqiqədə fərqləndi. *** Fasilə. *** İkinci hissə başladı. *** “Fənərbaxça”nın qapıçısı Edersona qırmızı vərəqə verildi. Hakimə etiraza görə ikinci sarını alıb meydandan qovuldu. *** Ederson qırmızı vərəqə aldıqdan sonra hakimə kəllə vurmaq istədi. *** Barış Alper Yılmaz 67-ci dəqiqədə hesabı 2:0 edir. *** Torreira 83-cü dəqiqədə hesabı 3:0 edir. *** Matç bitdi. “Qalatasaray” 3:0 hesabı ilə qalib gəldi.

Şərh verin