“Neftçi” 5 ildir “Qarabağ”ı uda bilmir

“Neftçi” artıq 5 ildir ki, “Qarabağ”a qalib gələ bilmir. “Qafqazinfo” xəbər verir ki, bu barədə PFL məlumat yayıb. Məlumatda qeyd edilib ki, Bakı klubu sonuncu dəfə ağdamlıları 2021-ci il mayın 19-da məğlub edib. Həmin matçdan sonra tərəflər 5 ildə 18 dəfə üz-üzə gəliblər. Bu matçların heç birində “ağ qaralar” rəqibini uda bilməyib. Ötən gün Misli Premyer Liqasının 29-cu turunda “Qarabağ” “Neftçi”ni 5:1 hesablı məğlubiyyətə uğratdı. Bu komandalar arasında növbəti duel isə aprelin 30-da 21-ci turdan təxirə salınmış görüş olacaq. Həmin qarşılaşma “Palms Sports Arena”da keçiriləcək və saat 20:00-da başlayacaq.