Zelenski Ermənistana səfər edəcək
Ermənistanın baş naziri Nikol Paşinyan Ukrayna prezidenti Volodimir Zelenskinin İrəvana səfərini açıqlayıb. Milli.Az xəbər verir ki, səfər 4 may bazar ertəsi günü baş tutacaq. Həmin gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Zelenskinin Ermənistana səfərinin digər təfərrüatları hələlik açıqlanmayıb. Milli.Az

Şərh verin