AZAL Təl-Əvivə uçuşları bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) İsrailin Təl-Əviv şəhərinə uçuşları bərpa edir. Milli.Az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bu istiqamət üzrə reyslərə 3 maydan start veririk. Uçuşlar hər gün həyata keçiriləcək. Biletləri AZAL-ın saytından və ya mobil tətbiqindən indi əldə etmək mümkündür. Qeyd edək ki, fevralın 28-də Yaxın Şərqdə baş verən son hadisələr və hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL Təl-Əviv istiqaməti üzrə uçuşları dayandırmışdı. Milli.Az