"İmişli" "Araz-Naxçıvan"a qalib gəlib

Misli Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib. Milli.Az-ın məlumatına görə, günün ikinci matçında "Araz-Naxçıvan" "İmişli" ilə üz-üzə gəlib. Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutan qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşıb - 1:0. 18-ci dəqiqədə Dioqo Kardozu fərqlənib. Qələbə sayəsində xallarının sayını 32-yə çatdıran qonaqlar doqquzuncu pillədə qərarlaşıb. Naxçıvan klubu 40 xalla altıncı yerdədir. Günün ilk matçında "Kəpəz" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib. Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq. Milli.Az