Qəzada ölən 17 yaşlı Yusifin FOTOları

Ötən gecə Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınan hadisə zamanı "Chevrolet" markalı minik avtomobili ilə mopedlə  toqquşub. Nəticədə  mopedin sürücüsü, 2009-cu il təvəllüdlü Yusif Babayev hadisə yerində ölüb. 17 yaşlı Yusif bu il orta məktəbi bitirərək, ali məktəbə səbədlərini verməyə hazırlaşırmış. Milli.Az