Göygöldə toyda dava — İki qardaş bıçaqlandı

Göygöl rayonunda toyda dava düşüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun “Sərin” restoranında qeydə alınıb. İlkin məlumata görə, dava zamanı 1999-cu il təvəllüdlü Vilayət Atakişili və qardaşı, 2005-ci il təvəllüdlü Şahəddin Atakişili bıçaqlanıb. Yaralılar Gəncənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti stabildir. Digəri isə əməliyyat edilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev