İran ABŞ-yə yeni təkliflərini təqdim etdi

“Təklifimizi təqdim etdik, top artıq ABŞ meydanındadır”. “Qafqazinfo” xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ölkəsinin Pakistan vasitəsilə ABŞ-yə təqdim etdiyi diplomatik təkliflə bağlı açıqlamasında deyib. “İran təklifini Pakistana vasitəçi kimi təqdim edib. İndi top ABŞ-nin meydanındadır və o, münaqişəni davam etdirməyi, yoxsa diplomatiya yolunu seçməyi qərar verməlidir”, – deyə Qəribabadi qeyd edib. O həmçinin İranın ABŞ-yə etibar etmədiyini vurğulayıb və ölkəsinin diplomatiya yolunda dürüstlüyünü qoruyacağını bildirib.