“Fənərbaxça”dan qələbə, “Qalatasaray” böyük hesabla uduzdu
Futbol üzrə Türkiyə Superliqasında XXXII turun daha 3 oyunu keçirilib. “Qafqazinfo” xəbər verir ki, çempionluğa iddialı “Qalatasaray” səfərdə “Samsunspor”a 1:4 hesabı ilə uduzub. Liderin əsas izləyicisi “Fənərbaxça” isə turu qələbə ilə başa vurub. İstanbul klubu doğma meydanda “Başakşəhər”ə qalib gəlib - 3:1. Ev sahibi komandanın heyətində hər üç qolu Anderson Talişka vurub. Digər matçda isə “Trabzonspor” evdə “Göztəpə” ilə 1:1 hesablı heç-heçə edib. Qeyd edək ki, hazırda turnir cədvəlinə 74 xalla “Qalatasaray” başçılıq edir. “Fənərbaxça” 70 xalla 2-ci, “Trabzonspor” isə 66 xalla 3-cüdür.

Şərh verin