Duman olacaq — Sürücülərin nəzərinə!

Avtomobil yollarında vəziyyət açıqlanıb. Bu haqda “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xəbərə görə, mayın 4-də gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.