Anar Ələkbərov bulvarda təqaüdçülərlə şahmat oynadı — Fotolar

Bulvarda ilk dəfə keçirilən Caz və Şərab festivalına Prezidentin köməkçisi Anar Ələkbərov da baş çəkib. “Qafqazinfo”nun məlumatına görə, A. Ələkbərov burada təqaüdçülərlə maraqlı vaxt keçirib. Onlar birgə çay içə-içə şahmat oynayıblar. Qeyd edək ki, Bakıda ilk dəfə Caz və Şərab Festivalı keçirilir. 24 apreldə başlayan Festivalın bu gün son günüdür.