"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi reyslər "Azərbaycan Hava Yolları"nın (AZAL) cədvəlinə yenidən daxil edilib. AZAL-dan Milli.Az-a verilən məlumata görə, ilk uçuş bu gün yerli vaxtla saat 16:20-də Gəncədən yola düşüb. Uçuşlar həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək. İki şəhər arasında uçuşlar əvvəllər 2025-ci ilin yay mövsümünün sonuna qədər həyata keçirilirdi, bundan sonra isə dayandırıldı. Milli.Az

Şərh verin