Lerikdə 21 yaşlı gənci ildırım vurub öldürdü

Lerikdə 21 yaşlı gənci ildırım vuraraq öldürüb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Laman kəndində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Mirzəzadə Cəfər Əbdül oğlu yaşadığı evin həyətində olarkən onu ildırım vurub. Gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı