22 yaşlı qadın bıçaqlandı — Şübhəli əridir

Gəncədə qadın bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Səma Hətəmli boyun nahiyəsindən xəsarətlərlə xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir. Hadisəni onun ərinin törətməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı araşdırma başlanılıb. *** Polis əməkdaşlarının keçirdikləyi tədbirlərlə S.Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı Samir Hətəmli saxlanılaraq istintaqa təhvil verilib. Yunus Quliyev