“Qarabağ” “Turan Tovuz”la qarşı-qarşıya

Misli Premyer Liqasında 30-cu tur davam edir. “Qafqazinfo” xəbər verir ki, 3-cü oyun gününə 1 matç nəzərdə tutulub. Bu gün saat 19:30-da “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edəcək. Hazırda turnir cədvəlində Ağdam təmsilçisi 59 xalla 2-ci, Tovuz klubu isə 56 xalla 2-cidir. Ona görə də bu matç 2-ci yerin taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki oyunlarında “Qarabağ” qalib gəlib. 4 may (bazar ertəsi) 19:30. “Qarabağ” – “Turan Tovuz”; T.Bəhramov adına Respublika stadionu. 5 may (çərşənbə axşamı) 16:00. “Karvan-Yevlax” – “Neftçi”. 2 may (şənbə) “Araz-Naxçıvan” - “İmişli” - 0:1; “Kəpəz” - “Sumqayıt” - 2:1. 3 may (bazar) “Zirə” - “Qəbələ” - 1:0.