“Tramp bütün Avropaya zərbə vurmaq istəyir”

“ABŞ Prezidenti Donald Trampın elan etdiyi Aİ avtomobillərinə tariflərin artırılması bütün Avropaya zərbədir”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merts deyib . O qeyd edib ki, ABŞ-nin yeni idxal rüsumlarını konkret olaraq Almaniyaya qarşı yönəlmiş tədbir kimi görmür. “Tramp bütün Avropaya zərbə vurmaq istəyir”, - Merts qeyd edib. Qeyd edək ki, Tramp mayın 1-də ABŞ bazarına idxal olunan avtomobillər və yük maşınlarına tətbiq edilən gömrük rüsumunu 25%-ə qaldıracağını bəyan etmişdi.