Yük maşınları toqquşdu: Ölən var

Bu gün saat 11 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib. Milli.Az xəbər verir ki, magistralın Ağdaş rayonu Ləki qəsəbəsindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili TIR-la toqquşub. Nəticədə "Mercedes"in 36 yaşlı sürücüsü Heydər Hüseyngil hadisə yerində ölüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Milli.Az