Sabiq müdafiə nazirlərinə ölüm hökmü çıxarıldı
Çinin sabiq müdafiə nazirləri general-polkovnik Li Şanfu və general-polkovnik Vey Fenxe edam cəzasına məhkum ediliblər. Milli.Az Xinhua -na istinadən xəbər verir ki, sabiq müdafiə nazirləri korrupsiyada təqsirli biliniblər. Məlumatda deyilir ki, Li Şanfu və Vey Fenxe 2024-cü ildə hərbi statuslarından məhrum edilərək, Çin Kommunist Partiyasından xaric olunublar. Məlumatda bildirilib ki, Çin lideri Si Cinpin 2012-ci ildə hakimiyyətə gəlişindən sonra həyata keçirilən korrupsiyaya qarşı genişmiqyaslı mübarizənin əsas hədəflərindən biri ordu olub. Qeyd edək ki, Li Şanfu 2023-cü ilin martından oktyabrına qədər, Vey Fenxe isə 2018-ci ilin martından 2023-cü ilin martına qədər müdafiə naziri vəzifəsində çalışıblar. Xatırladaq ki, Çində ölüm hökmü adətən cəza müddəti ərzində heç bir cinayət törətmədikdə ömürlük həbs cəzası ilə əvəz olunur. Milli.Az

Şərh verin