Paşinyan Moskvadakı parada getməyəcək
Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcək. “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb. O bildirib ki, seçkiqabağı kampaniya səbəbindən parada qatılmayacaq. Paşinyan həmçinin əlavə edib ki, aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu bu barədə məlumatlandırıb. Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Şərh verin