Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək. Abbasov Adil Möhsün oğlu Bağırova Sənubər Yusufovna Həkimova Svetlana Calal qızı Hüseynov Rövşən Maqsud oğlu Mehdiyev Cahangir Yaqub oğlu Məlik-Aslanov Ramiz Lütfəli oğlu Məmmədov Alim Tahir oğlu Məmmədova Rimma Şahbabayevna Mustafayev Mustafa Şura oğlu Nəsirova Hicran Fətəli qızı Rəhimova Adilə Teymurovna. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin./Trend.Az Milli.Az

Şərh verin