UEFA Konfrans Liqasının finalçıları bəlli oldu

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, "Kristal Palas" İngiltərədə Ukraynanın "Şaxtyor Donetsk" komandasını qəbul edib. Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb. 25-ci dəqiqədə Pedro Enrike Azevedo Pereyra avtoqol edərək İngiltərə klubu önə çıxarıb. 34-cü dəqiqədə Eginaldo hesabı bərabərləşdirib. 52-ci dəqiqədə İsmaila Sarr ingilislərin qələbə topunu vurub. İlk oyunda da qələbə qazanan (3:1) "Kristal Palas" tarixində ilk dəfə Konfrans Liqasının finalına çıxıb. Digər qarşılaşmada "Strasburq" Fransada "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirib. Oyun 1:0 hesabı ilə İspaniya klubunun xeyrinə bitib. İlk oyunda da eyni hesabla qalib gələn "Rayo Valyekano" finala adlayıb. Yeganə qolu 42-ci dəqiqədə Aleşandre Juravski vurub. Milli.Az