Meyvə bağındakı hovuzda boğulub öldü
Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub. “Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu suvarma hovuzunda çimərkən boğularaq ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şərh verin