Putinin işdən çıxardığı Melikova yeni iş təklif edilib

Bir neçə ay əvvəl Rusiya Prezidenti Vladimir Putin tərəfindən işdən çıxarılan Dağıstanın keçmiş rəhbəri Sergey Melikova yeni vəzifə təklif edilib. “Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, ona Bryansk vilayətindən senatorluğa namizədliyini irəli sürməsi təklif olunub. Bu təklifi isə müvəqqəti olaraq Bryansk vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Yeqor Kovalçuk edib. Xatırladaq ki, Sergey Melikov 2021-ci ildən Dağıstan rəhbəri vəzifəsini icra edirdi. O bu il mayın 4-də rəsmi olaraq vəzifəsindən kənarlaşdırılmışdı.