“Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalı keçirildi — Fotolar

“Azərbaycan Şahmat Turu” çərçivəsində “Shamakhi Open 2026” Beynəlxalq Şahmat Festivalı keçirilib. “Qafqazinfo” xəbər verir ki, turnirdə ümumilikdə 107 şahmatçı arasında 9 tur ərzində maraqlı və gərgin mübarizə gedib. Turnirin qalibi qrosmeyster Əhməd Əhmədzadə olub. Beynəlxalq usta Vüqar Manafov ikinci, beynəlxalq usta Xəzər Babazadə isə üçüncü yeri tutub. Bağlanış mərasimində qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub. Yarışın qalibi 5 000 manat qazanıb. “Azərbaycan Şahmat Turu” çərçivəsində növbəti yarış “Vugar Gashimov Open” olacaq.