İyul üzrə bütün sosial ödənişlər sabah veriləcək
Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulur. Milli.Az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb. Bildirilib ki, ödənişlər iyulun 24-də həyata keçiriləcək. Bununla da respublika üzrə bütün sosial ödəniş prosesinin yekunlaşdırılması təmin olunacaq. Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Şərh verin