Bu ərazilərdə qaz olmayacaq
Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərində həmçinin Biləsuvar rayonunun əksər kəndlərində qaz olmayacaq. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsinin, Albalılıq və Atçılıq yaşayış massivlərinin, Sabunçu rayonunun Zabrat qəsəbəsinin, Oktyabr, R. Axundov, L. Məmmədbəyova küçələrinin qaz təchizatında da qısamüddətli fasilə yaranacaq. Həmçinin iyulun 24-də saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvarın Əsgərəbad, Aşağı Cürəli, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərh verin