Tramp İranla nüvə razılaşmasının şərtlərini AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp İranla mümkün yeni nüvə razılaşmasının detalları barədə danışıb. Milli.Az xəbər verir ki, o bildirib ki, Vaşinqtonun təklif etdiyi saziş Tehranın nüvə silahından tamamilə imtina etməsini nəzərdə tutur. Ağ Evin yaydığı açıqlamada Tramp İranın ABŞ-yə "nüvə tozu" və digər tələb olunan materialları təhvil verməli olduğunu deyib. "Bu, sadəcə bir səhifəlik təklif deyil. Mahiyyət etibarilə onların nüvə silahına sahib olmayacağını bildirən bir razılaşmadır", - deyə ABŞ lideri vurğulayıb. Məlumata əsasən, Trampın "nüvə tozu" ifadəsi ilə İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərində saxlanılan yüksək zənginləşdirilmiş uranı nəzərdə tutduğu bildirilir. ABŞ-nin 2025-ci ilin iyununda həmin obyektlərə hava zərbələri endirdiyi qeyd olunub. Milli.Az