Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun İranla müharibədə 18 hərbçisini itirdiyini açıqlayıb. Milli.Az lent.az-a istinadən bildirir ki, Tramp bu barədə öz "Truth Social" hesabında məlumat verib. "Əfqanıstan müharibəsi: 20 il, 2000 ölüm. İraq müharibəsi: 9 il, 4600 ölüm. Vyetnam müharibəsi: 19 il 5 ay, 58220 ölüm. Koreya müharibəsi: 3 il 1 ay, 36574 ölüm. Venesuela müharibəsi: 1 gün, 0 ölüm. İran hərbi münaqişəsi: 4 ay, 18 ölüm", - Tramp yazıb. Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Şərh verin